Barselonada iğtişaşlar zamanı İtaliya və Fransadan olan anarxistlər tutulub

Barselonada iğtişaşlar zamanı İtaliya və Fransadan olan anarxistlər tutulub
  • Clock-gray 03:10
  • calendar-gray 02 Mart 2021

Barselonada reper Pablo Aselə dəstək mitinqindən sonra beş İtaliya vətəndaşı və bir Fransa vətəndaşı saxlanılıb. 

APA “El Periodico” nəşrinə istinadən xəbər verir ki, bu barədə Kataloniya Daxili İşlər Departamentinin rəhbəri Mişel Samper bildirib.

Onun sözlərinə görə, tutulan 14 nəfər arasında beş italiyalı anarxist və bir fransız var.

Qeyd edək ki, Barselonada reperə dəstək məqsədilə keçirilən dinc mitinq zamanı etirazçılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib. Reperin fanatları mühafizəçilərin mikroavtobusunu yandırıb.

apa-logo-mini

Digər xəbərlər