Belçikada koronavirusa yoluxanların sayı 40 minə yaxınlaşır

Belçikada koronavirusa yoluxanların sayı 40 minə yaxınlaşır
# 20 aprel 2020 15:04 (UTC +04:00)

Belçikada son bir gün ərzində 168 nəfər koronavirusdan vəfat edib.

APA-nın "The Brussels Times"ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin İctimai Sağlamlıq Departamenti məlumat yayıb.

Belçikada indiyə kimi 5828 nəfər koronavirusdan ölüb.

Son 24 saat ərzində 1487 yeni yoluxma faktı qeydə alınıb ki, bununla da Belçikada indiyədək koronavirusa yoluxanların sayı 39 983 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR