"BioNTech" Türkiyəyə ayrılan vaksin dozalarının sayını artırmağı düşünür

"BioNTech" Türkiyəyə ayrılan vaksin dozalarının sayını artırmağı düşünür
# 08 yanvar 2021 01:43 (UTC +04:00)

Türkiyənin səhiyyə naziri Fahrettin Koca Almaniyanın "BioNTech" şirkətinin sahibi Uğur Şahin və şirkətin digər əməkdaşları ilə videokonfrans formatında görüş keçirib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə nazir özünün "Twitter" səhifəsində yazıb.

F.Kaca qeyd edib ki, toplantıda Türkiyədə COVID-19-a qarşı vaksinlərin istehsal olunması ilə bağlı son planlar haqqında fikir mübadiləsi aparmaqla yanaşı, Türkiyəyə ayrılan peyvənd dozalarının sayını artırmaq məsələsi də müzakirə olunub: "Yeni istehsal imkanları dövriyyəyə girdikcə Türkiyəyə ayrılan istehsal həcmi də artırılacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR