Boris Conson “AstraZeneca” peyvəndi vurdurub - FOTO

Boris Conson “AstraZeneca” peyvəndi vurdurub - FOTO
  • Clock-gray 23:48
  • calendar-gray 19 Mart 2021

Böyük Britaniyanın Baş naziri Boris Conson İngilis-İsveç şirkətinin birgə istehsalı olan “AstraZeneca” peyvəndinin ilk dozasını vurdurub.

APA xəbər verir ki, bu barədə baş nazir “Sky News”a açıqlamasında bildirib.

Hökumət başçısı əvvəllər “AstraZeneca” peyvəndi vurulmuş 25 nəfərdə qan laxtalanmasının olması barədə məlumatlara baxmayaraq, qrafikə uyğun olaraq doza qəbulunu davam etdirəcəyini deyib.

“Alimləri dinləyin, Avropa Dərman Agentliyinin, eləcə də Britaniyanın Dərman və İlaçlar Agentliyinin dünən dediklərini dinləyin. Əsl risk COVID-19-dur, indi ən yaxşısı peyvənd vurdurmaqdır”, deyə Conson əlavə edib. 

Qeyd edək ki, Avropa Dərman Agentliyi “AstraZeneca”nın təhlükəsiz və təsirli olduğunu elan etdikdən sonra Boris Conson bütün ölkə vətəndaşlarını növbə ilə peyvənd olunmağa çağırıb. 

 

apa-logo-mini

Digər xəbərlər