Boris Conson Britaniyanın Aİ ilə ticarət razılaşmasına ehtiyac olmadığını açıqlayıb

Boris Conson Britaniyanın Aİ ilə ticarət razılaşmasına ehtiyac olmadığını açıqlayıb
# 03 fevral 2020 19:17 (UTC +04:00)

Boris Conson Britaniyanın Avropa İttifaqının (Aİ) ticarətlə bağlı qaydalarına söykənən razılaşmaya ehtiyaclarının olmadığını bildirib.

APA-nın London bürosunun verdiyi xəbərə görə, Boris Conson Britaniyanın Aİ-nin subsidiyalar, sosial müdafiə, ətraf mühit və ya buna bənzər bir sıra qaydalarını qəbul edərək hazırlanan sərbəst ticarət razılaşmasına ehtiyacı olmadığını bildirib.

Xatırladaq ki, Böyük Britaniya yanvarın 31-dən rəsmi olaraq Avropa İttifaqını tərk edib. Lakin Böyük Britaniya və Aİ arasında razılaşdırılan "Aİ-dən çıxma sazişi"nə əsasən tərəflər 2020-ci ilin sonuna qədər keçid dövrü haqqında razılığa gəliblər. Bu müddət ərzində Böyük Britaniya Aİ-nin Gömrük İttifaqında və Vahid Bazarda iştirakını davam etdirəcək və artıq bloka üzv ölkə olmasa da Aİ-nin qanunlarını tətbiq edəcək.

Həmçinin, bu müddət ərzində Britaniya Aİ-nin imzalamış olduğu beynəlxalq razılaşmalara da tərəf olaraq qalacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR