Britaniyada bir gündə koronavirusa 55,8 minədək yoluxma qeydə alınıb

Britaniyada bir gündə koronavirusa 55,8 minədək yoluxma qeydə alınıb
# 15 yanvar 2021 20:54 (UTC +04:00)

Böyük Britaniyada son sutka ərzində 55 761 nəfər koronavirusa yoluxub.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departmenti məlumat yayıb.

Bununla da krallıq ərazisində hazırda koronavirusa yoluxanların ümumi sayı 3 316 019 nəfərə çatıb.

Son sutka ərzində 1280 nəfər koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 87 295 nəfər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR