Britaniyada bu gündən məhdudiyyətlərin maksimum - üçüncü səviyyəsi tətbiq edilir

Britaniyada bu gündən məhdudiyyətlərin maksimum - üçüncü səviyyəsi tətbiq edilir
# 16 dekabr 2020 06:14 (UTC +04:00)

Dekabrın 16-sı gecə saatlarından etibarən Böyük Britaniyada koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən məhdudiyyətlərin maksimum səviyyəsinə - üçüncü səviyyəsinə keçilir.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə son sutka ərzində koronavirusa yoluxanların sayı 18 450 nəfərə çatıb. 506 nəfər dünyasını dəyişib.

Bir gün əvvəl isə 20263 yeni virusa yoluxma, 232 ölüm faktı təsdiqlənmişdi.

Ümumilikdə isə ölkədə pandemiya başlayandan bəri 1 888 116 yoluxma, 64 908 ölüm hadisəsi baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR