Britaniyada daha 359 nəfər koronavirusdan ölüb

Britaniyada daha 359 nəfər koronavirusdan ölüb
# 03 iyun 2020 20:12 (UTC +04:00)

Böyük Britaniyada son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) daha 359 nəfər vəfat edib.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın Baş Naziri Boris Conson hökumətin koronavirusla bağlı keçirdiyi günlük brifinqdə deyib.

Bununla da Britaniyada indiyədək koronavirusdan ölənlərin sayı 39 728 nəfərə çatıb.

Məlumata görə, eyni müddət ərzində daha 1871 nəfərdə virusa yoluxma faktı təsdiqlənib və bununla da ölkədə virusa yoluxanların ümumi sayı 279 856 nəfər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR