Britaniyada son 6 ayda ilk dəfə koronavirusdan ən aşağı ölüm sayı qeydə alınıb

Britaniyada son 6 ayda ilk dəfə koronavirusdan ən aşağı ölüm sayı qeydə alınıb
# 22 mart 2021 21:49 (UTC +04:00)

Böyük Britaniyada son sutka ərzində 5342 nəfər koronavirusa yoluxub. Bu sentyabrdan bəri ilk dəfə qeydə alınan sutkalıq ən aşağı göstəricidir.

Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 301 925 nəfərə çatıb. APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 17 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 126 172 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR