Britaniyanın Baş naziri "AstraZeneca" peyvəndi vurduracaq

Britaniyanın Baş naziri "AstraZeneca" peyvəndi vurduracaq
# 17 mart 2021 17:24 (UTC +04:00)

Britaniyanın Baş naziri Boris Conson "AstraZeneca" peyvəndi vurduracaq.

APA-nın xəbərinə görə, bu barədə Boris Conson parlamentdə çıxışı zamanı deyib.

"Oksford-AstraZneca peyvənd proqramı ilə bağlı deyəcəyim ən yaxşı şey peyvənd olacağımla bağlı xəbər almağımıdr. Çox qısa müddətdə mən də peyvənddən vurduracağam. Vurduracağım peyvənd "AstraZeneca" olacaq", - deyə Boris Conson qeyd edib.

Qeyd edək ki, artıq bir neçə Avropa ölkəsi Oksford Universiteti və "AstraZeneca" şirkəti tərəfindən hazırlanan peyvəndin istifadəsini dayandırıb. Bunun səbəbi isə peyvəndin qan laxtalanmasına səbəb olması ilə bağlı iddialardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR