Bukingem sarayının önündə Şahzadə Filipin xatirəsi yad edilir - FOTO

Bukingem sarayının önündə Şahzadə Filipin xatirəsi yad edilir - FOTO
# 10 aprel 2021 16:27 (UTC +04:00)

Dünən vəfat edən Böyük Britaniyanın kraliçası II Elizabetin həyat yoldaşı, Edinburq Hersoqu Şahzadə Filipin xatirəsi Bukingem sarayının önündə yad edilir.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, insanlar Bukingem sarayının önündə toplaşaraq gül dəstələri düzüblər.

Sarayın bayrağı aşağıya endirilib.

Qeyd edək ki, dünən səhər saatlarında Bukingem sarayı Şahzadə Filipin Vindsor qalasında vəfat etdiyini açıqlayıb.

Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq insanlar növbəli şəkildə saray qapılarına buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR