COVID-19-a qarşı daha təsirli preparat aşkar olunub

COVID-19-a qarşı daha təsirli preparat aşkar olunub
  • Clock-gray 04:46
  • calendar-gray 03 Fevral 2021

Britaniya və Çindən olan alimlər laboratoriya tədqiqatları yolu ilə mövcud tapsiqargin preparatının COVID-19-un müalicəsində effektiv təsirə malik olduğunu isbatlayıblar.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, nəticələr dərmanın nəinki digər antivirus vasitələrindən daha effektiv, həmçinin koronavirus və qrip kimi kompleks infeksiyaların müalicəsində də daha təsirli ola biləcəyini sübuta yetirib. Alimlərin işi “Viruses” jurnalında dərc olunub.

Nottinqem Universiteti, Heyvan və bitkilərin sağlamlığının mühafizəsi Agentliyi və Pirbrayt Heyvanların Sağlamlığı İnstitutundan olan elm adamları Çin Kənd Təsərrüfatı Universitetindən olan həmkarları ilə birlikdə müəyyən ediblər ki, geniş spektrli antivirus dərmanı olan tapsiqargin koronavirusun yeni növü olan SARS-CoV-2 ştammına qarşı da təsirli gücə malikdir.

apa-logo-mini

Digər xəbərlər