Conson: "London Brüssellə danışıqlarda AB standartlarını qəbul etməyəcək"

Conson: "London Brüssellə danışıqlarda AB standartlarını qəbul etməyəcək"
  • Clock-gray 03:51
  • calendar-gray 03 Fevral 2020

Birləşmiş Krallıq Brüssellə qarşıda duran ticarət danışıqlarında standartlar və rəqabət qaydaları, subsidiyalar və sosial müdafiə ilə bağlı məsələlər güzəştə getməyəcək. Çünki Britaniyanın öz qaydaları daha mükəmməldir.

APA “Reuters”ə istinadən xəbər verir ki, Dauninq-Stritin məlumatına görə, bu fikirlər Britaniyanın Baş Naziri Boris Consonun fevralın 4-də Birləşmiş Krallığın mövqeyindən edəcəyi çıxışı zamanı səsləndiriləcək.

Consonun “Brexit” yekunlaşdıqdan sonra tərəflər arasındakı gələcək münasibətlər mövzusunda Brüssellə ediləcək görüşlərdə Britaniyanın mövqeyini ortaya qoyacağı gözlənilir. Əsas məsələlərdən biri ticarət razılaşması olacaq ki, bunun əsasında tərəflər qarşılıqlı faydalı şərtlər barədə razılığa gəlməyə çalışacaqlar.

“AB-nin Britaniyanın qaydalarını qəbul etməsi istisna olmaqla, rəqabət siyasəti, subsidiyalar, sosial müdafiə, ətraf mühit və bu kimi digər mövzularda AB qaydalarının qəbul edilməsini nəzərdə tutan sərbəst ticarət razılaşmasına ehtiyac yoxdur”, - deyə Baş Nazir bildirib.

Onun fikrincə, Britaniya “bu sahələrdə ən yüksək standartları” mövcud AB standartlarından bir çox cəhətdən daha yaxşı şəkildə qoruya biləcək.

Conson bir daha xatırladlb ki, London Brüssellə, hazırda AB ilə Kanada arasında qüvvədə olan analoji sərbəst ticarət müqaviləsini əldə etmək niyyətindədir: “Hər halda, Böyük Britaniyanın çiçəklənəcəyinə şübhəm yoxdur. Əlbəttə, ən yaxın qonşularımızla yeni münasibətlərimiz ticarət çərçivəsindən çox uzağa gedəcək”.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date