Dünyada son sutkada 565 mindən çox insanda koronavirus aşkarlanıb

Dünyada son sutkada 565 mindən çox insanda koronavirus aşkarlanıb
# 28 mart 2021 23:00 (UTC +04:00)

Dünyada təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı son bir gündə 565 mindən çox artaraq 126,35 milyonu keçib. Bu virusdan ölənlərin sayı isə 9,9 mindən çox artaraq 2,76 milyonu ötüb.

APA xəbər verir ki, bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yayıb.

Martın 28-i Bakı vaxtı ilə saat 15:30-a olan məlumata görə, 126 359 540 nəfər koronavirusa yoluxub, 2 769 473 nəfər isə virusun qurbanına çevrilib. Xəstəliyə yoluxanların sayı 565 997, ölənlərin sayı isə 9997 nəfər artıb.

İnfeksiyaya yoluxma hallarının 39%-dən çoxu Avropada (224 366) qeydə alınıb, ikinci yerdə Şimali və Cənubi Amerika (218 380), üçüncü yerdə isə Cənub-Şərqi Asiya (71 502) qərarlaşıb.

Ən çox yoluxma ABŞ-da qeydə alınıb – 29 859 706 nəfər. Onun ardınca Braziliya (12 404 414), Hindistan (11 971 624), Rusiya (4 519 832), Fransa (4 435 057), Böyük Britaniya (4 329 184), İtaliya (3 512 453), İspaniya (3 247 738), Türkiyə (3 179 115), Almaniya (2 772 401), Kolumbiya (2 367 337) və Argentina (2 291 051) gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR