Dünyada son sutkada koronavirusa 391 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutkada koronavirusa 391 mindən çox yoluxma qeydə alınıb
# 16 mart 2021 05:20 (UTC +04:00)

Dünyada son sutka ərzində 391 231 nəfər koronavirusa yoluxub, 7110 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 119 603 761 yoluxma hadisəsi, 2 649 722 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 42 faizdən çoxu Şimali və Cənubi Amerikanın (166 223) payına düşür. Digər yerləri isə Avropa (141 755) ilə Şərqi Aralıq dənizi bölgəsi (37 128) bölüşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR