Dünyada son sutkada koronavirusa 446 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutkada koronavirusa 446 mindən çox yoluxma qeydə alınıb
  • Clock-gray 23:22
  • calendar-gray 11 Mart 2021

Dünyada son sutka ərzində 446 872 nəfər koronavirusa yoluxub, 9 332 nəfər ölüb. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 117 799 584  yoluxma hadisəsi, 2 615 018 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 44 faizdən çoxu Avropanın (200 676) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (164 812) ilə Cənub-Şərqi Asiya (36 325) bölüşür.

 

apa-logo-mini

Digər xəbərlər