Dünyada son sutkada koronavirusa 575 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutkada koronavirusa 575 mindən çox yoluxma qeydə alınıb
# 26 mart 2021 07:12 (UTC +04:00)

Dünyada son sutka ərzində 575 191 nəfər koronavirusa yoluxub, 10 421 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 124 535 520 yoluxma hadisəsi, 2 738 876 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 44 faizdən çoxu Avropanın (256 686) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (191 246) ilə Cənub-Şərqi Asiya (62 949) bölüşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR