Dünyada son sutkada koronavirusa 659 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutkada koronavirusa 659 mindən çox yoluxma qeydə alınıb
# 03 aprel 2021 05:20 (UTC +04:00)

Dünyada son sutka ərzində 659 917 nəfər koronavirusa yoluxub, 11 626 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 129 215 179 yoluxma hadisəsi, 2 820 098 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 41 faizdən çoxu Avropanın (275 728) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (220 277) ilə Cənub-Şərqi Asiya (94 908) bölüşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR