Finlandiyanın Maliyyə naziri istefa verəcəyini açıqlayıb

Finlandiyanın Maliyyə naziri istefa verəcəyini açıqlayıb
# 05 iyun 2020 17:14 (UTC +04:00)

Finlandiyanın Maliyyə naziri Katri Kulmuni istefa verəcəyini açıqlayıb.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə nazir özü jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, nazir postundan getsə də, Finlandiyanın beş-partiyalı koalisiya hökumətinə daxil olan Mərkəz Partiyasında liderliyindən getməyəcək.

Katri Kulumni istefa səbəbini açıqlayarkən bildirib ki, bu "Suomen Kuvalehti" həftəlik jurnalında dərc olunan məqaləyə ictimaiyyətdən gələn mənfi rəylə bağlıdır.

Qeyd edək ki, həftəlik jurnalda dərc olunan məqalədə bildirilib ki, Maliyyə naziri Kulmuni icitimaiyyət qarşısında çıxışla bağlı təlimə 50000 avro xərcləyib və pul büdcədən ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR