Fransada "quş qripi" virusu aşkar edilib

Fransada "quş qripi" virusu aşkar edilib
# 08 dekabr 2020 13:29 (UTC +04:00)

Fransanın cənub-qərbindəki Landes regionunda quşçuluq təsərrüfatında yüksək dərəcədə aktiv “quş qripi” virusu (H5N8) aşkar olunub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Nazirliyinin yaydığı məlumatda qeyd olunub ki, ANSES Milli Laboratoriyası Benesse-Maremne kommunasında (Landes regionu) 6 000 ördəyin saxlanıldığı quşçuluq təsərrüfatında H5N8 virusuna yoluxma halları aşkar edib.

“H5N8 virusu köçəri quşlar vasitəsilə Avropada fəal şəkildə dolaşır”, - deyə Nazirliyin açıqlamasında bildirilib.

Profilaktik tədbir olaraq fermadakı bütün ördəklərin məhv edilməsi qərarı verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR