Gürcüstan koronavirusa qarşı Çin vaksininin tətbiqini nəzərdən keçirir

Gürcüstan koronavirusa qarşı Çin vaksininin tətbiqini nəzərdən keçirir
  • Clock-gray 13:10
  • calendar-gray 09 Mart 2021

Gürcüstan Çinin “Sinopharm” şirkətinin istehsal etdiyi yeni növ koronavirusa (COVID-19) qarşı vaksinlərinin istifadəsini nəzərdən keçirir.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə ölkənin səhiyyə nazirinin müavini Tamar Qabunia bildirib.

Onun sözlərinə görə, martın sonlarında Ümumdünya Səhiyyə Təşkilatının (üST) təsdiqləməyi planlaşdırdığı Çin vaksininin Gürcüstanda istifadəsinin nəzərdən keçirilməsinə yerli qanunvericilik imkan verir.

T. Qabunia qeyd edib ki, hazırda diplomatik kanallar vasitəsi ilə Hindistandan “AstraZeneca” vaksinlərinin ölkəyə gətirilməsi istiqamətində iş aparılır. O vurğulayıb ki, Hindistan vaksin ixracını sərt qaydalarla tənzimlədiyinə görə yüksək səviyyəli səfərə ehtiyac olub və bu məqsədlə ölkənin xarici işlər nazirinin müavini Hindistanda bir həftəlik səfərdə olub.

T. Qabunia onu da qeyd edib ki, yaxın günlərdə “Pfizer” vaksininin ilk dozasının da Gürcüstana gətirilməsi və martın sonlarından etibarən ölkədə vaksinasiyaya başlanılması planlaşdırılır.

Səid Babazadə

Digər xəbərlər