Gürcüstan quru və dəniz yolları ilə yükdaşımaları artırıb

Gürcüstan quru və dəniz yolları ilə yükdaşımaları artırıb
# 31 yanvar 2020 17:05 (UTC +04:00)

2019-cu ildə Gürcüstan ərazisi ilə daşınan yüklərin həcmi əvvəlki illə müqayisədə 1,2 mln. ton və ya 3% artaraq 42,4 mln. tona çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hesabat ilində bu ölkənin dəniz limanları vasitəsi ilə daşınan yüklərin həcm isə əvvəlki illə müqayisədə 2,1 mln. ton və ya 14% artaraq 17,2 mln. tona çatıb. Ötən il dəmiryolu daşımaları isə 0,3 mln. ton və ya 1% artaraq 31,4 mln. tona çatıb.

Sərnişin daşımalarına gəldikdə isə, ötən il Gürcüstanda nəqliyyat vasitələri 412,2 mln. sərnişinə xidmət göstərib. Bu, 2018-ci illə müqayisədə 11 mln. nəfər və ya 2,7% çoxdur. Sərnişin daşımaların 404 mln. nəfəri quru yollarının, 5,2 mln. nəfəri isə mülki aviasiya xidmətinin payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR