Gürcüstanda 3 aylıq körpə koronavirusa yoluxub

Gürcüstanda 3 aylıq körpə koronavirusa yoluxub
# 05 sentyabr 2020 12:49 (UTC +04:00)

Gürcüstanın Çoxatauri rayonunun Kvenobani kəndində üç aylıq körpəyə koronavirus diaqnozu qoyulub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə yerli İctimai Sağlamlıq Mərkəzi məlumat yayıb. Bildirilib ki, körpənin ailəsi virusa yoluxmuş şəxslə təmasda olub.

Körpənin vəziyyətinin qənaətbəxş olduğu və klinikaya yerləşdiriləcəyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR