Gürcüstanda Rusiya vətəndaşından 7 kiloqram heroin götürülüb

Gürcüstanda Rusiya vətəndaşından 7 kiloqram heroin götürülüb
# 03 dekabr 2020 10:50 (UTC +04:00)

Gürcüstanda Rusiya vətəndaşından 7 kiloqram heorin aşkarlanaraq götürülüb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili işlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin Kriminal Polis Departamentinin Narkotiklə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı Rusiya vətəndaşı, 1979-cu il təvəllüdlü Lagodexi-Bakurtsixe-Tbilisi istiqamətində hərəkət edərkən saxlanılıb.

Onun çantasına baxış zamanı qara bazarda dəyəri 2 mln. lari olan 7 kiloqram heorin aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR