Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə sərt karantin rejimi ləğv edilir

Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə sərt karantin rejimi ləğv edilir
# 15 iyun 2020 12:37 (UTC +04:00)

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Bolnisi rayonunun Geta (Aşağı Güləver) kəndində sərt karantin rejimi bu gün ləğv ediləcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın hökümət administrasiyasının rəhbəri Natia Mezvrişvili məlumat verib. Bildirib ki, epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar olaraq kənddə sərt karantin rejiminin tətbiqi bu gündən dayandırılacaq.

Qeyd edək ki, yeni növ koronavirusun yayılması ilə əlaqədar olaraqkənddə mayın 15-dən etibarən sərt karantin rejiminin tətbiqinə başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR