Gürcüstanda beynəlxalq cinayətkar dəstənin üzvləri saxlanılıb

Gürcüstanda beynəlxalq cinayətkar dəstənin üzvləri saxlanılıb
  • Clock-gray 11:30
  • calendar-gray 30 Yanvar 2020

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Terrorla Mübarizə Mərkəzi Ukrayna Təhülkəsizlik Xidməti ilə birgə həyata keçirdiyi əməliyyat nəticəsində 6 Gürcüstan və 1 Ukrayna vətəndaşından ibarət beynəlxalq cinayətkar qruplaşmanın üzvləri saxlanılıb. 

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan DTX-nın mətbuat xidmətinin rəhbəri İrakli Çimakadze məlumat verib. O bildirib ki, bir neçə ay davam edən operativ əməliyyat və istintaq tədbirlərindən sonra Gürcüstan və Ukraynada eyni vaxtda hətaya keçirilən əməliyyat zamanı cinayətkar dəstənin 6 üzvü Tbilisi və Batumidə, 1 üzvü isə Xarkov şəhərində saxlanılıb. Saxlanılan şəxslərin 2 Gürcüstan vətəndaşının qətlini planlaşdırdığı məlum olub.

Dəstə üzvləri silahlı insidentlərdə iştirak, qəsdən adam öldürməyə cəhd, odlu silahların və partlayıcı qurğuların istehsalı, saxlanılması və satışında ittiham olunurlar. 

 

Səid Babazadə

Digər xəbərlər