Gürcüstanda daha bir nəfər qrip virusundan ölüb

Gürcüstanda daha bir nəfər qrip virusundan ölüb
# 23 yanvar 2020 12:38 (UTC +04:00)

Gürcüstanın Zugdidi rayonundan olan 22 yaşlı qadın qrip virusundan ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gün qeydə alınıb.

Qadın Kutaisidən Tbilisiyə aparılarkən yolda keçinib.

Qeyd edək ki, bu il Gürcüstanda 3 nəfər qrip virusundan ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR