Gürcüstanda koronavirusa yoluxanların sayı 108-ə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 108-ə çatıb
# 31 mart 2020 10:35 (UTC +04:00)

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) yoluxma hallarının sayı 108-ə çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bildirilib ki, hazırda ölkə üzrə karantində 5 114 saxlanılır, stasionar müalicə alan xəstələrin sayı isə 263 nəfərdir. Virusa yoluxmuş şəxslərdən 20-si isə artıq sağalıb.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR