Gürcüstanda koronavirusa yoluxanların sayı 267 mini ötüb

Gürcüstanda koronavirusa yoluxanların sayı 267 mini ötüb
# 18 fevral 2021 11:20 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 365 yoluxma halı qeydə alınıb, 9 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 267 313, ölənlərin sayı isə 3 399 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 260 266 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR