Gürcüstanda koronavirusa yoluxanların sayı 272 mini ötüb

Gürcüstanda koronavirusa yoluxanların sayı 272 mini ötüb
# 05 mart 2021 10:48 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 390 yoluxma halı qeydə alınıb, 10 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 272 262, ölənlərin sayı isə 3 563 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 266 253 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR