Gürcüstanda koronavirusa yoluxanların sayı 3 mini keçib

Gürcüstanda koronavirusa yoluxanların sayı 3 mini keçib
  • Clock-gray 10:30
  • calendar-gray 18 Sentyabr 2020

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 182 yoluxma halı qeydə alınıb.  

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 3 119 nəfərə çatıb. 

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 6 633 nəfər karantində saxlanılır, 836 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 1435 nəfərin sağaldığı, 19 nəfərin isə vəfat etdiyi bildirilir.

Səid Babazadə

Digər xəbərlər