Gürcüstanda koronavirusa yoluxanların sayı 8696 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 8696 nəfərə çatıb
# 05 oktyabr 2020 10:34 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 578 yoluxma halı qeydə alınıb, 2 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 8 696 nəfərə, ölənlərin sayı 52 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5 392 nəfər karantində saxlanılır, 836 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 4 619 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR