Gürcüstanda koronavirusa yoluxanların sayı 888 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 888 nəfərə çatıb
# 17 iyun 2020 10:24 (UTC +04:00)

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 9 yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərşivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 888 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 2710 nəfər karantində saxlanılır, 267 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Yoluxanlardan 731 nəfər sağalıb, 14 nəfər isə dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR