Gürcüstanda mal-qaranın tranziti üçün regional mərkəz tikiləcək

Gürcüstanda mal-qaranın tranziti üçün regional mərkəz tikiləcək
  • Clock-gray 17:11
  • calendar-gray 06 Fevral 2020

Gürcüstanın Ozurgeti şəhərində Avstraliya, ABŞ, Cənubi Amerika və Avropa ölkələrindən Qafqaz, Mərkəzi Asiya və İrana diri çəkidə iri və xırdabuynuzlu mal-qara tranziti üçün logistika mərkəzi inşa ediləcək.

APA-nın yerli bürosu xəbər verir ki, Batumi limanına gətirilən mal-qaranın qeyd edilən ölkələrə paylanması üçün inşa ediləcək mərkəzin eyni vaxtda 4 min baş heyvan yükləmək potensialı olacağı bildirilir.

Sərmayə dəyəri 10 mln. lari (3,5 mln. ABŞ dolları) olan logistika mərkəzinin inşasında əsas tərəfdaş Qazaxıstandır. Logistika mərkəzinin illik dövriyyəsinin 250 mln. lari (87,7 mln. dollar) olacağı və illik 100 min baş mal-qaranın tranzitini həyata keçirəcəyi bildirilir.

Layihənin təqdimat mərasimində Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyindən, həmçinin Azərbaycan, Avstraliya və Kanadadan olan sektor nümayəndələri iştirak ediblər.

Səid Babazadə

Digər xəbərlər