Gürcüstanda parlament seçkilərinin ikinci raundunun vaxtı açıqlanıb

Gürcüstanda parlament seçkilərinin ikinci raundunun vaxtı açıqlanıb
# 01 noyabr 2020 12:58 (UTC +04:00)

Gürcüstanda parlament seçkilərinin ikinci raundu noyabrın 21-də keçiriləcək.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, Seçki Məcəlləsinə əsasən Gürcüstanda parlament seçkilərinin ikinci mərhələsi noyabrın üçüncü şənbə günündə keçirilməlidir. Qanunvericiliyə əsasən ilk raundda eyni dairədən ən yüksək nəticə əldə edən iki namizəd arasında seçkilərin ikinci raundu keçirilməlidir.

Gürcüstan MSK-nın ilkin hesablamalarına əsasən artıq Tbilisi də daxil olmaqla bir neçə seçki dairəsində parlament seçkilərinin ikinci mərhələsi keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR