Gürcüstanda son sutkada 1 357 yoluxma qeydə alınıb, 21 nəfər ölüb

Gürcüstanda son  sutkada 1 357 yoluxma qeydə alınıb, 21 nəfər ölüb
  • Clock-gray 10:57
  • calendar-gray 14 Yanvar 2021

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  1 357 yoluxma halı qeydə alınıb, 21 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  244 612, ölənlərin sayı isə 2 867 nəfərə çatıb.

Virusa yoluxanlardan 228 359 nəfərin sağaldığı bildirilir.

Səid Babazadə

Digər xəbərlər