Gürcüstanda son sutkada 1 972 nəfər koronavirusa yoluxub, 43 nəfər ölüb

Gürcüstanda son sutkada 1 972 nəfər koronavirusa yoluxub, 43 nəfər ölüb
# 24 dekabr 2020 11:00 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 972 yoluxma halı qeydə alınıb, 43 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 216 843, ölənlərin sayı isə 2 276 nəfərə çatıb.

Virusa yoluxanlardan 194 705 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR