Gürcüstanda son sutkada 15 nəfər koronavirusdan ölüb

Gürcüstanda son sutkada 15 nəfər koronavirusdan ölüb
# 08 fevral 2021 10:48 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 204 yoluxma halı qeydə alınıb, 15 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 262 228, ölənlərin sayı isə 3 298 nəfərə çatıb.

Virusa yoluxanlardan 254 350 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR