Gürcüstanda son sutkada 2635 nəfər koronavirusa yoluxub, 49 nəfər ölüb

Gürcüstanda son sutkada 2635 nəfər koronavirusa yoluxub, 49 nəfər ölüb
# 18 dekabr 2020 10:59 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 635 yoluxma halı qeydə alınıb, 49 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 204 003, ölənlərin sayı isə 2002 nəfərə çatıb.

Virusa yoluxanlardan 171 526 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR