Gürcüstanda son sutkada 298 nəfər COVID-19-a yoluxub, 16 nəfər ölüb

Gürcüstanda son sutkada 298 nəfər COVID-19-a yoluxub, 16 nəfər ölüb
# 25 yanvar 2021 10:58 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 298 yoluxma halı qeydə alınıb, 16 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 253 816, ölənlərin sayı isə 3071 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 243 396 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR