Gürcüstanda son sutkada 41 nəfər koronavirusdan ölüb

Gürcüstanda son sutkada 41 nəfər koronavirusdan ölüb
  • Clock-gray 10:58
  • calendar-gray 28 Dekabr 2020

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 538 yoluxma halı qeydə alınıb, 41 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 222 143 , ölənlərin sayı isə 2 418 nəfərə çatıb.

Virusa yoluxanlardan 206 313 nəfərin sağaldığı bildirilir.

Səid Babazadə

Digər xəbərlər