Gürcüstanda son sutkada 537 nəfər koronavirusa yoluxub

Gürcüstanda son sutkada 537 nəfər koronavirusa yoluxub
  • Clock-gray 10:56
  • calendar-gray 16 Mart 2021

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 537 yoluxma halı qeydə alınıb, 8 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 275 685, xəstəlikdən ölənlərin sayı isə 3 658 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 268 693 nəfərin sağaldığı bildirilir.

Səid Babazadə

Digər xəbərlər