Gürcüstanda zəlzələ olub

Gürcüstanda zəlzələ olub
# 21 aprel 2020 10:20 (UTC +04:00)

Gürcüstanın Kaxeti rayonunda 4.1 bal gücündə zəlzələ baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:02-də baş vermiş zəlzələnin episentri rayonun Qurcani yaşayış məntəqəsinin yaxınlığında yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR