Gürcüstanın sabiq Baş Naziri aktiv siyasətə qayıdacaq

Gürcüstanın sabiq Baş Naziri aktiv siyasətə qayıdacaq
# 20 fevral 2020 10:25 (UTC +04:00)

Gürcüstanın bu gün azadlığa buraxılan sabiq Baş Naziri Vano Merabişvili aktiv siyasi fəaliyyətə qayıdacaq.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə sabiq nazir yerli mətbuata açıqlamasında bildirib. O, siyasi fəaliyyətə qayıtmasının zəruri olduğunu qeyd edib.

Qeyd edək ki, V. Merabişvili 2004-2012-ci illərdə Gürcüstanın Daxili İşlər naziri, 2012-ci ilin iyul-oktyabr ayları ərzində isə Baş Nazir vəzifəsini tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR