İbrahim Kalın koronavirusa yoluxub

İbrahim Kalın koronavirusa yoluxub
  • Clock-gray 21:56
  • calendar-gray 31 Oktyabr 2020

Türkiyə Prezident Administrasiyasının rəsmi nümayəndəsi İbrahim Kalın yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın yerli bürosunun xəbərinə görə, İ.Kalın bu barədə özünün "Twitter" səhifəsində yazıb.

İ.Kalın öz paylaşımında “yüngül simptomlarla keçirdiyim koranavirusun müalicəsi son mərhələyə gəldi. Hazırda səhhətim normaldır. Maraqlanan, dua edən hər kəsə təşəkkür edirəm”, - deyə qeyd edib.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər