İdlibdə Türkiyə Silahlı Qüvvələrinin 4 hərbçisi şəhid olub

İdlibdə Türkiyə Silahlı Qüvvələrinin 4 hərbçisi şəhid olub
# 03 fevral 2020 09:56 (UTC +04:00)

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində 4 hərbçisi şəhid olub, biri ağır olmaqla 9 hərbçisi yaralanıb.

APA-nın yerli bürosunun Türkiyənin Müdafə Nazirliyinin Media və İctimaiyyətlə Əlaqələr Şöbəsinə istinadla verdiyi məlumata görə, İdlibdəki münaqişələrin qarşısının alınması üçün Türkiyədən göndərilən hərbi qüvvələrin öncədən müdafiə yerləri koordinasiya olunsa da, qarşı tərəfin davamlı top atəşləri nəticəsində bu hadisə baş verib.

Türkiyə Prezidentinin sözcüsü İbrahim Qalın bildirib ki, İdlib müqaviləsinin əleyhinə olan bu hücumların qarşısı dərhal alınıb. Bu hücumlara görə günahkarlar cəzalandırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR