İngiltərədə ən yüksək ölüm göstəricisi qeydə alınıb

İngiltərədə ən yüksək ölüm göstəricisi qeydə alınıb
  • Clock-gray 19:37
  • calendar-gray 19 Noyabr 2020

Son 10 il ərzində İngiltərədə ən yüksək ölüm göstəricisi 2020-ci ilin yanvar-oktyabr ayları ərzində qeydə alınıb.

APA-nın xəbərinə görə, bu, Böyük Britaniyanın Milli Statistika Xidmətinin bu gün açıqlanan hesabatında əksini tapıb.

Ölüm səviyyəsinin yüksək olması yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədardır. Bu ilin yanvar-oktyabr aylarını əhatə edən dövrdə İngiltərədə 50 012 nəfər, yəni ölənlərin 11 faizi məhz koronavirusa yoluxmanın nəticəsində həyatını itirib.

Alzheimer və ürək problemləri ölüm səbəbləri sırasında növbəti yerlərdə gəlir.

Hesabata əsasən, son beş ilin yanvar-oktyabr ayı ilə müqayisədə bu ilin anoloji dövründə ölənlərin sayı 37,8 min nəfər çox olub.

apa-logo-mini

Digər xəbərlər