İngiltərədə tətbiq olunan karantin rejimi dekabrın 2-də bitəcək

İngiltərədə tətbiq olunan karantin rejimi dekabrın 2-də bitəcək
  • Clock-gray 21:13
  • calendar-gray 23 Noyabr 2020

İngiltərədə koronavirusla mübarizə çərçivəsində tətbiq olunan karantin rejimi dekabrın 2-də bitəcək. 

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Britaniyanın Baş Naziri Boris Conson telekonfrans vasitəsilə keçirilən açıqlamasında deyib. 

O qeyd edib ki, 5 noyabrdan etibarən İngiltərədə qüvvədə olan karantin uzadılmayacaq. 

Lakin baş nazir bildirib ki, bununla yanaşı, koronavirusun geniş yayılması ilə əlaqədar üç mərhələli yeni məhdudiyyətlər tətbiq ediləcək. Buna görə koronavirusun çox yayıldığı ərazilərdə restoranlar bağlı qalacaq, insanlar evlərindən işləməyə davam edəcək. 

Qeyd edək ki, hazırda Britaniyada koronavirusa yoluxanların ümumi sayı 1 527 495 nəfərə çatıb. 

 

Aytən Abbaslı

Digər xəbərlər