İtaliyada daha 336 nəfər COVID-19 diaqnozundan dünyasını dəyişib

İtaliyada daha 336 nəfər COVID-19 diaqnozundan dünyasını dəyişib
# 17 fevral 2021 02:41 (UTC +04:00)

İtaliyada yeni növ koronavirus infeksiyasına son bir gündə daha 10 386 nəfərin yoluxduğu təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 336 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 94 171 nəfərə çatıb. Ölkədə hazırda 393 686 aktiv koronavirus xəstəsi var, onlardan 2074-ü ağır vəziyyətdədir.

Bütün pandemiya dövrü ərzində yoluxmuş 2 739 591 nəfərdən 2 251 734 nəfər (son sutkada 14 444 nəfər) sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR