İtaliyada koronavirusa yoluxanların sayında azalma müşahidə edilir

İtaliyada koronavirusa yoluxanların sayında azalma müşahidə edilir
# 15 aprel 2020 22:23 (UTC +04:00)

İtaliyada son sutka ərzində koronavirusa yoluxanların sayı 3 mindən aşağı düşərək 2972 nəfər olub.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın Mülki Müdafiə Departamentinin günlük hesabatında bildirilib.

Məlumata görə, ölkədə son bir ayda ilk dəfədir ki, yoluxanların sayında gündəlik artım 3 mindən aşağı olub.

Departament rəhbəri Anjelo Borrelli bildirib ki, son bir gündə ölənlərin sayı 578-ə çatıb. Epidemiya qurbanlarının ümumi sayı isə 21645 nəfərə yüksəlib:

“Son 24 saat ərzində müalicə olunanların sayı əvvəlki gündən (1669) azdır – 962 nəfər. Artıq xəstəxanaya yerləşdirilmələrin sayı azalır, reanimasiya şöbələrində yerlər boşdur”.

Qeyd edək ki, İtaliyada bu günədək yeni virusa yoluxanların sayı 165 mindən çox olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR